Goranboyda dəhşətli qətl - Uşaq qardaşını ürəyindən bıçaqladı

26/01/2019 - 10:15 1 333 0   0  

Goranboyda qardaş qardaşı bıçaqla vuraraq öldürüb.
Suveren.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü X.Məmmədov oyun oynayan zaman mətbəx bıçağı ilə qardaşı, 2002-ci təvəllüdlü İ.Məmmədovun ürək nahiyəsinə zərbə vurub. 17 yaşlı yeniyetmə gənc dərhal ölüb.
Faktla bağlı araşdırma aparılır.