Gəncədə SİLAHLI İNSİDENT - Bir nəfər güllələndi

30/11/2018 - 19:35 6 376 0   0  

Gəncə şəhərində həmyerlisini güllələyən şəxs tutulub.

Suveren.az publika.az-a istinadla xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.