Gəncə-Bakı reysinə dəyişiklik - Əlavə qatar ayrılır

23/03/2019 - 11:22 8 914 0   0  

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Suveren.az-a verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.
Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.