Gəmi qəzasında ölən azərbaycanlının meyiti Bakıya gətirilir

10/01/2019 - 09:09 2 404 0   0  

Qara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı - gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi bu gecə “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək

Bu barədə AzərTAc-a Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev bildirib.
Səfirin sözlərinə görə, cənazənin göndərilməsi “Volqabalt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir: “Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.
Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir”.
Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volqabalt 214” gəmisinin qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.