Gələn aydan uşaq pulu veriləcəkmi? - RƏSMİ AÇIQLAMA

27/03/2019 - 23:20 9 187 0   0  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaq pulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

"Finans.az" xəbər verir ki, nazirlikdən verilən məlumata görə, gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir:

“Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!”

Qeyd edək ki, yayılan məlumatlarda ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi əks olunub.