“Gizli silahlarımızla dənizin dibinə batırarıq!” - İran ABŞ-ı TƏHDİD ETDİ

25/05/2019 - 12:04 6 814 0   0  

İranın hərbi komandanlıq müşaviri Murtəza Qurbani, “Mizan” informasiya agentliyinə müsahibəsində Körfəz bölgəsinə göndərilən ABŞ hərbi gəmilərinin “gizli silahlar” vasitəsi ilə batırıla biləcəyini söyləyib.

Murtəza Qurbani bu açıqlamanı ABŞ-ın İrana qarşı Yaxın Şərqə 1500 nəfər hərbçi göndərəcəyini bəyan eləməsindən sonra verib. Qurbani deyib: “Amerika bölgəyə iki hərbi gəmi göndərir. Ən kiçik bir axmaqlıq edərlərsə, raketlərdən və yeni gizli silahlarımızdan istifadə edərək, bu gəmiləri heyətləri və təyyarələri ilə birlikdə dənizin dibinə batırarıq”.

Bölgədəki son hadisələr ilə bağlı açıqlamalar verən İran xarici işlər naziri Cavad Zərif isə ABŞ-ın beynəlxalq təhlükəsizliyi təhdid elədiyini bildirib./hurriyyet.org