“Fueqo” yenidən aktivləşdi – TƏHLÜKƏ

19/11/2018 - 23:36 2 992 0   0  

Qvatemalada “Fueqo” vulkanı yenidən aktivləşib.

Suveren.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu səbəbdən 2995 nəfər insan vulkan zonasından təxliyə edilib. Avtomobillərin vulkan yaxınlığındakı qəsəbələrə hərəkətinə məhdudiyyət qoyulub.

Xatırladaq ki, iyunda “Fueqo”nun püskürməsi nəticəsində 160-dan çox insan dünyasını dəyişmişdi. 16,6 milyon nəfərə isə ziyan dəymişdi.