FTB-nin eks-direktoru Trampı ittiham edib! – Yalan danışmaqda

19/12/2018 - 08:49 1 717 0   0  

Amerika Birləşmiş Ştatları (ABŞ) Federal Təhqiqat Bürosunun (FBR) eks-direktoru Ceyms Komi Prezident Donald Trampı yalan informasiya yaymaqla, qanunun aliliyi prinsipini pozmaqda və ölkənin xüsusi xidmətlərinin nüfuzuna ziyan vurmaqda ittiham edib.

«FTB-nin nüfuzuna güclü ziyan dəyib, çünki Birləşmiş Ştatların prezidenti öz köməkçiləri ilə birlikdə, büronun fəaliyyətinə toxunarkən, həmişə yalan danışıb» – deyə, Komi ABŞ Konqresi senatının kuluarlarında jurnalistlərə bildirib.

Keçmiş məmur əlavə edib ki, onun komandasından olan respublikaçılar da daxil olmaqla, hadisələrdən xəbərdar olan insanlar özlərində cəsarət tapıb qalxmalı və həqiqəti söyləməlidirlər.

Bununla da Komi Trampın FTB-yə qarşı «Tvitter» hücumlarına cavab verməli olub. Prezidentin fikrincə FTB öz səlahiyyətlərindən sui-istifadə edib və onun şəxsi vəkili Maykl Koenə və milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Filinnə yönəlik təhqiqat aparıb.

Bildirək ki, bu ərəfədə Tramp bəyan edib ki, FTB öz xidməti səlahiyyətlərini aşmasaydı, Koenin etirafları işıq üzü görə bilməzdi.