Fərat çayının şərqində əməliyyatlar vaxtı çatanda başlayacaq - Türkiyə Müdafiə Naziri

21/01/2019 - 10:23 2 695 0   0  

Mənbicdə və Fərat çayının şərqində əməliyyatlar vaxtı çatanda başlayacaq. SalamNews-un "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatının başlamasının birinci ildönümü münasibətilə ilə bağlı keçirilmiş tədbirdə Türkiyə Müdafiə Naziri Hulusi Akar bəyan edib.

"Suriyadakı mövcud problem sahələri Mənbiç və Fəratın şərqidir. Biz müvafiq planları hazırlamışıq. Mənbicdə və Fəratın şərqindəki əməliyyatlar vaxtı çatanda başlayacaq", deyə o bildirib.
Akar bir daha vurğulayıb ki, Ankara cənub sərhədləri boyunca terrorçu dəhlizinin yaradılmasına heç vaxt icazə verməyəcəkdir: "Terrorçular tamamilə zərərsiləşdirilənə qədər mübarizə aparacağıq".