Fransızların əksəriyyəti Makronun vədlərindən məmnun qalıb

11/12/2018 - 14:52 14 506 0   0  

Fransızların əksəriyyəti prezident Emmanuel Makronun dekabrın 10-da xalqa etdiyi müraciətini bəyənib və etiraz aksiyalarının tezliklə bitməsini arzulayır.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, “OpinionWay” şirkətini keçirdiyi və LCİ telekanalında yayımlanan rəy sorğusu bunu göstərib.

Verilən informasiyaya görə, rəyi soruşulanların 78%-i vergilərin endirilməsi, 68%-i isə minimum əmək haqqının 100 avro artırılmasını təqdir ediblər.

Telekanalın xəbərinə əsasən, əhalinin 54%-i “sarı jiletlilər”in etiraz aksiyalarının bitməsinə tərəfdar olduqlarını bildiriblər. 45% isə bu nümayişlərin davam etdirilməsindən yanadır.

Buna rəğmən hərəkatın özünə verilən ümumi dəstək hələ də olduğu kimi qalır -66%

Eyni zamanda respondentlərin 50%-i Fransa prezidentinin çıxışını tam olaraq inandırıcı saymadıqlarını bildirib. Makrona inananlaırn sayı 49%-də qalıb.

Məlumatda sorğunun 18 yaşdan yuxarı 991 şəxs arasında aparıldığı göstərilib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron dünən xalqa müraciətində “sarı jiletli”lərin böhranı ilə bağlı hökumətin planlarını açıqlayıb. Bunların sırasında 2019-cu ildən başlayaraq minimum əmək haqqının 100 avro artırılması, 2 min avrodan az olan pensiyalara qoyulan vergilərin qaldırılması, işləyən əhaliyə vergisiz dövlət mükafatlarının verilməsi kimi tədbirlər var.