Əfqanıstanda hərbi helikopter qəzası - 25 ölü

31/10/2018 - 17:31 907 0   0  

Əfqanıstanın qərbindəki Fərah əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Suveren.az xəbər verir ki, qəza nəticəsində ilkin məlumatlara əsasən 25 nəfər həlak olub. Bildirilir ki, helikopterdə yüksək rütbəli zabitlər olub.
İcra hakimiyyətinin mətbuat katibi Naser Mehdi bildirib ki, helikopter Anar Dara bölgəsindən havaya qalxıb və bir müddət sonra pis hava şəraiti səbəbindən qəzaya uğrayıb. Helikopter Herat vilayətinə uçurmuş. Onun tərkində Əfqanıstanın qərb bölgəsi komandirinin müavini və Fərah rayon məclisinin sədri də olub.
Qeyd edək ki, qəzadan bir neçə dəqiqə əvvəl Kabildə də kamikadze terrorçunun hücumu olub. Nəticədə 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb.