Öz “obyektində” bıçaqlanan sahibkar nazir Ramil Usubovdan kömək istədi: “Onların əvəzinə məni həbs etmək istəyirlər”- VİDEO

15/10/2018 - 13:22 6 565 0   0  

Suveren.az xəbər verir ki, Cəbrayıl rayonundan məcburi köçkün olan sahibkar Səfiyev Nürəddin İzaməddin oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, başına gələn dəhşətli hadisədən danışıb.

Şikayətçinin sözlərinə görə, o, bir müddət əvvəl, paytaxtın “Babək” prospektində sahibkar kimi işlətdiyi avtomobillərin satışı salonunda üç nəfərin basqınına məruz qalıb və həmin hadisə zamanı döyülüb, hətta bədəninin bəzi nahiyələrindən bıçaq yaraları da alıb. Səfiyev Nürəddin deyir ki, nə qədər maraqlı olsa da, onun ofisinə basqın edən şəxslər hələ də həbs edilməyib:

“Ən dəhşətlidi isə budur ki, işi aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi barəmdə xuliqanlıq maddəsilə cinayət işi açaraq, onların əvəzinə məni həbs etmək istəyir”.

Şikayətçi daxili işlər naziri cənab Ramil Usubova müraciət edərək , bu işin istintaqını şəxsi nəzarətə götürməyi , eləcə də cinayət işinin araşdırılmasını Nizami rayon Polis İdarəsindən alınaraq, başqa polis instansiyasına verilməsini xahiş edir.

Səfiyev Nürəddinin bu mövzuda etdiyi videomüraciəti təqdim edirik:

 

Videomüraciətdə adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.