"Lənkəranda sel nəticəsində 1 ailənin həyətini su basıb" – İcra hakimiyyəti

12/11/2018 - 21:37 7 015 0   0  

Lənkəranda güclü yağışlar səbəbindən yaranan sel nəticəsində Yuxarı Nüvədi kəndində bir evin həyətini su basıb.

Bu barədə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayev deyib. Komissiya sədri bildirib ki, yağış leysan xarakterli olduğundan dağ massivindən gələn sel suları kəndin ərazisindən axıb: “Bir ailənin həyətini su basıb. Evlərə ziyan dəyməyib. Artıq sel sularının axarı dəyişdirilib və həmin həyətdən suyun çəkilməsi istiqamətində işlər görülür. Yağış hələ də davam edir. Əraziyə texnikalar və canlı qüvvə cəlb edilib”.