"Instagram" Ramzan Kadırovun səhifəsini bağladı

15/11/2018 - 20:58 9 202 0   0  

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun "Instagram" sosial şəbəkəsindəki səhifəsi yenidən bağlanıb.

Maraqlıdır ki, R.Kadırovun keçən ilin dekabrından bloklanan səhifəsi ötən gün tam açılmışdı.

Səhifədə qeyd olunur: "Təəssüf ki, bu səhifə əlçatan deyil. Ola bilər ki, siz etibarsız linkdən istifadə etmisiniz və ya səhifə silinib".