Koçaryanın həbs müddəti 2 ay uzadılıb

18/01/2019 - 21:21 5 281 0   0  

Yerevan Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryan barəsindəki həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb.

Suveren.az TASS-a istinadən xəbər verir ki, bunu məhkəmə iclasından sonra vəkil Aram Orbelian jurnalistlərə bildirib.

“Əlbəttə, biz bunun mövcud qanunlara zidd olduğunu düşünürük”, - deyə vəkil vurğulayıb.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.