Kiyev əsirləri separatçılarla dəyişmək istəyir

21/12/2018 - 20:05 11 974 0   0  

Kiyev 5 yanvar 2019-cu ildə Donbasda əsirlərin “72-nin 19-a” formulu əsasında dəyişdirilməsini təklif edir.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Ali Radasının vitse-spikeri İrina Geraşenko deyib.

“Ukrayna tərəfi ATƏT-ə növbəti təklif ünvanlayıb. Biz siyahıları diqqətlə nəzərdən keçirmişik və 72 separatçının 19 əsirimizlə dəyişdirilməsinə hazırıq”, - deyə İ.Geraşenko bildirib.