Göyçə, Zəngəzur və İrəvan məsələsi danışıqlar masasına çıxarılmalıdır?

14/03/2019 - 00:00 13 951 0   0  

ADP-nin təklifi siyasi partiya rəhbərləri tərəfindən birmənalı şəkildə dəstəklənir

Mirmahmud Mirəlioğlu: “Vətən müharibəsinə başlamaq lazımdır”

İsgəndər Həmidov: “Hökmən Göyçə, Zəngəzur, İrəvan kimi tarixi ərazilərimizin məsələsi gündəmə çıxarılmalıdır”

Əli Əliyev: “Biz mütləq müdafiə mövqeyindən çəkilib, hücuma keçməliyik”

İqbal Ağazadə: “Xalqların öz müqəddaratını təyinetmə hüququ dövlətin ərazi bütövlüyünə xələl gətirməməlidir”

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin sonuncu toplantısında ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantıda İdarə Heyəti ilk növbədə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan baş naziri N.Paşinyanla görüşündə Dağlıq Qarabağ probleminin həllinə dair məsələnin müzakirəsi zamanı dinc danışıqların ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinin birlikdə tətbiq edilməsi məsələsini gündəmə gətirməsindən ciddi narahat olduğunu bildirib və bu təklifin beynəlxalq hüququn ana prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu cür yanaşmalar beynəlxalq hüquqa zidd ollmaqla yanaşı, Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsinə xidmət edir və bu fakt Azərbaycanın ərazi bütövlüyü və suvernliyinə qarşı bir təhdid kimi qiymətləndirilməlidir. Partiya yetkililəri iqtidarı bu cür bəyanatlara adekvat reaksiya verməyə və Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi ilə yanaşı Göyçə, Zəngəzur, İrəvan kimi tarixi ərazilərimizin də işğaldan azad edilməsi məsələsini qaldırmağa çağırıb.

Maraqlıdır ki, Azərbaycan yaxın tarixdə işğal olunmuş torpaqlarımızı bu gün işğaldan azad edə bilmirsə, Göycə, Zəngəzur, İrəvan kimi tarixi ərazilərimizin işğaldan azad edilməsini gündəmə çıxarmaq nə dərəcədə doğrudur? Ümumiyyətlə, bu tarixi ərazilərin geri qaytarılmasını danışıqlar masasına daşımaq mümkündürmü?

“ADP-nin bu addımını təqdir edirəm”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

ADP-nin Göyçə, Zəngəzur, İrəvan kimi tarixi ərazilərimizin işğaldan azad edilməsi məsələsini qaldırması ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə dedi ki, tarixi ərazilərimizi bərpa etməzdən, Göycə, Zəngəzur, İrəvandan qabaq, bizim öz yaddaş tarixmizdən başqa özümüzün tərcümeyi-hal tariximizə uyğun olan torpaqlarımızı, Qarabağ torpaqlarını işğaldan azad etməliyik və bunun ardınca da bu addımları atmalıyıq: “ADP-nin bu addımını təqdir edirəm, doğru sayıram. Amma hesab edirəm ki, başlanğıc üçün bu, olmalıdır. Ona görə ki, son bəyanatlar da göstərir ki, Azərbaycanın bu problemini həll etməkdən ötrü Minsk Qrupu həmsədrlərinin özlərinin, dövlətlərinin mövqeləri bizim əleyhimizədir. Ona görə də mütləq bu, olmalıdır, bunun üçün də ADP-nin də dəstəklədiyi, Sərdar Cəlaloğlunun da dəfələrlə dilindən eşitdyimiz vətən müharibəsinə başlamaq lazımdır. Azərbaycan dövləti bunu etməlidir, problem də kökündən həll olunmalıdır.

Birinci addım Qarabağ işğaldan azad olunmalıdır. ATƏT-in Minsk Qrupunun da, BMT-nin də, digər beynəlxalq təşkilatların da mövqeyi biz torpağımızı işğaldan azad etdikdə bizim tərərfimizdə olacaq, ondan sonra, tarixi topraqlarmızı bərpa etməkdən ötrü dünyanı inandırmalıyıq. Əgər bunu etməsək, bəyanatlarımız boş söz olacaq və bunu da hesab edəcəklər ki, növbəti bir bəyanatdır. Təkcə ona görə ki, bizim 20-30 il bundan qabaq dediklərimizi Azərbaycan dövlətinin təmsilçiləri bu gün deyirlər, amma etmirlər. 1980-ci illərin sonlarından bəri deyilənləri eləmək istiqamətində dünyanın bizim əleyhimizə olan dövlətlərinin mövqelərinə baxmadan addımlar atsaydıq, yeri gəlmişkən, 1992/93-cü illərdə bu addımlar atılırdı, indi də bu problemimiz olmazdı. Onun üçün də bu, çox doğru addımdır. Hesab edirəm ki, bu addım atılmalıdır, təkcə bəyanatda ifadə edilməli deyil”.

“Bunlar Avropa, Rusiya və Amerika ilə razılaşdırılmış məsələlərdir”

“Qarabağla bağlı müzakirələrdə söhbət ölkələrin ərazi bötüvülyü, eyni zamanda xalqların öz müqəddaratını təyin etmə prinsipindən gedirsə, bəs, üçüncü prinsip xalqların bərabər hüquqlarının təmin olunması prinsipləri niyə müzakirə olunmur? Çünki Qarabağ münaqişəsi başlamazdan əvvəl Ermənistandan yüz minlərlə insan öz dədə-baba torpaqlarından qovulub. Hökumət beynəlxalq təşkilatlar qarşısında bu məsələni niyə qaldırmır” sualına M. Mirəlioğlu belə cavab verdi: “Bu, hökumətə sərf edir. Nə üçün sərf edir? Çünki bu hakimiyyət 1993-cü ildə iyun qiyamında hakimiyyətə gəlib, bu qiyamın nəticəsi olaraq da neft müqavilələri imzalanıb və bu qiyamın nəticəsi olaraq həm də digər addımlar atılıb. Bu razılaşdırılmış məsələlərdir. Bunlar Avropa, Rusiya və Amerika ilə razılaşdırılmış məsələlərdir. Hakimiyyət bunun fərqindədir. Ona görə də onun ritorik bəyanatları inandırcı deyil”.

“Azərbaycan hakimiyyəti özündə güc tapıb, müharibəyə başlamalıdır”

M. Mirəlioğlu nəzərə çatdırdı ki, Minsk Qrupunun son bəyanatı Madrid, yəni mərhələli həll prinsipinin tərkib hissəsidir: “Azərbaycan hakimiyyəti özündə güc tapıb müharibəyə başlamalıdır. Qısamüddətli müharibə nəticəsində bütün bəyanatlar kağız parçası olub gedəcək. Bizə, o cümlədən hakimiyyətin nümayəndələrinə də dəfələrlə deyiblər ki, siz hansı addımı atdınız ki, biz onu müdafiə etmədik. Təbii ki, bu bəyanat Azərbaycanın əleyhinədir. Ona görə ki, münaqişənin mərhələli həlli Azərbaycanın xeyrinə deyil. ATƏT-in Minsk Qrupu məsələləri həll etməli deyil ki. Əslində, danışqlar prosesini uzatmaqla, bu məsələni konsevlərşdirirlər. Ona görə də indiki məqamda Azərbaycan hakimiyyəti özündə təpər, güc, siyasi iradə tapmalıdır və mövqeyini konkret ortaya qoymalıdır. Təsəvvür edirsiniz, Azərbaycanın bu məsələdə vəziyyəti elədir ki, bax, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin, yəni Amerikanın, Fransanın, Rusiyanın, o cümlədən Avropanın, qonşu dövlətlərin mövqeyi var, bircə dənə Azərbaycanın mövqeyi yoxdur. Azərbaycanın mövqeyi də Azərbaycan əsgərinin süngüsünün ucunda olmalıdır, əmr verilməlidr, müharibə başlamalıdır, demokratiya da təmin olunmalıdır. Demokratiya Qarabağ işğaldan azad olunandan sonra mütləq gələcək. Azərbaycan antiterror əməliyyatı keçirilməlidir və ölkənin problemi birdəfəlik həll olunmalıdır. Dünya da onda alqışqlayacaq ki, Azərbaycanda ədalətli bir müharbə oldu. Ədalətli müharibənin də nəticəsində torpaq işğaldan azad olundu, orada yaşayan xalqların da öz müqəddaratını təyinetmə hüquqları bərpa olundu və məsələ bitdi. Amma Azərbaycan bunu istəmir”.

“Nəriman Nərimanovu pislədim, çünki 1923-cü ildə torpaqların verilməsinə o, qol çəkib”

“Biz heç kəsə alternativ yaratmırıq” - İSGƏNDƏR HƏMİDOV<br />

Azərbyacan Xalq Hərəkatının (AXH) rəhbəri İsgəndər Həmidov də hesab edir ki, hökmən Göyçə, Zəngəzur, İrəvan kimi tarixi ərazilərimizin məsələsi gündəmə çıxarılmalıdır: “Əgər bizim toplantıya qulaq asmısansa, mən dedim ki, Dağlıq Qarabağda o qədər erməni yaşaya bilər ki, nə qədər azərbaycanlı İrəvanda yaşayır. Yəni orada yoxdursa, burada da ola bilməz. Zəngəzur, Göycə də tarixi Azərbaycan torpaqlarıdır. Nəriman Nərimanovu da pislədim, çünki 1923-cü ildə o torpaqların verilməsinə o qol çəkib”.

“Minsk Qrupundan imtina etməyin vaxtı çoxdan yetişib”

Похожее изображение

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə “Hürriyyət”ə açıqladı ki, Qarabağ məsələsinin ətrafında Azərbaycan hakimiyyəti tərəfindən danışıqların həm formatı, həm də tələblər dəyişməlidir: “Dünən biz Azərbaycan Xalq Hərəkatında bu məsələni müzakirə etmişik. Təşkilat üzvlərinin birindən qanunverci təşəbbüslə çıxış etmək təklifi gəlib, biz o məsələni dəyərləndirməyə çalışdıq, müzakirə etdik və biz də hesab edirik ki, Minsk Qrupundan imtina etməyin vaxtı çoxdan yetişib. İndi ADP-nin qaldırdğı məsələni də mən aktual hesab edirəm. Ümumiyyətlə, planka qaldırılmalıdır və Azərbaycan müdafiə mövqeyindən çəkilməlidir. Bizim haqlı olan mövqeyimiz nəyə görə müdafiə xarakteri daşımalıdır? Mən Minsk Qrupunun həmsədrlərinin verdiyi son bəyanatdan da narazıyam. Onlar sanki Ermənistan tərəfinin həyasız tələblərinə qarşı deyillər. Çünki onlar deyirlər bir qarış da olsun torpaq qaytarmayacağıq. Minsk Qrpunun həmsədrləri isə bunu qarşılığında deyirlər ki, yox müəyyən hissəni qaytarmaq lazımdır. Bu, yanlış təssüaratdır və cəmiyyəti çaşdırır. Mən hesab edirəm ki, Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesini dayandırmaq, cəmiyyətin səsini dinləmək lazımdır. Azərbaycanda bütün səviyyələrdə Qarabağ dinləmələri həyata keçirilməli və iqtidar öz mövqeyini deyi, xalqın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağı bacarmalıdır. Bu, onun vəzifəsi və borcudur”.

“Qarabağ konflikti BMT müsətvisinə qaytarılmalıdır”

“Deyirisniz ki, Azərbaycan hakimiyyəti tərəfindən danışıqların formatı dəyişdirilməlidir. Təklifiniz nədən ibarətdir” sualına Ə. Əliyev belə cavab verdi: “ Biz 40 min imza toplayıb, qanunverici təşəbbüslə parlament qarşısında çıxış etməliyik. Bizim mövqeyimiz belədir ki, danışıqlar ATƏT formatında çıxarılıb, hansı ki, heç bir tənzimləyici, məcbur edici mexanimzi mövcud deyil, BMT müsətvisinə qaytarılmalıdır.”

“Azərbaycan Minsk Qrupunun qarmağından xilas olmalıdır”

“BMT müstəvisində Azərbaycan bu məsələdə uda bilər” sual etdikdə Ə. Əliyevin cavabı belə oldu: “Mən hesab edirəm ki, bu daha ədalətli format olar. Ümumiyyətə, Azərbaycan Minsk Qrupunun qarmağındaı xilas olmalıdır. Azərbaycanın Azərbaycan Minsk Qrupunun qarmağındaı xilas olması isə dövlətin qətiyyətinə bağlı məsələdir. Bunun üçün həm də Azərbaycan xalqının iradəsi ortaya çıxmalıdır”.

“Katalonların dinc, silahsız müstəqillik mübarizəsinə Avropa Birliyi, o cümlədən Minsk Qrupunun həmsədri olan dövlətlər dəstək vermirlər”

“ Xalqların bərabər hüquqlarının təmin olunması prinsipləri mən hesab edirəm ki, öz mövqeyimizdən və gücümüzdən asılıdır. Biz mütləq müdafiə mövqeyindən çəkilib, hücuma keçməliyik. Hücum diplomatik müstəvidə başlamalıdır. Xalqların öz müqəddaratını təyinetmə hüquqü amilinə gəldikdə dünyada olan praktikalara müraciət etmək lazımdır. Erməni xalqı öz müqəddaratını bir dəfə müəyyən edib və Azərbaycan torpaqlarında qurulmuş Ermənistan adlı beynəlxlaq hüququn bir subyekti var. Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin qurulması heç bir halda xalqların müqəddaratının həlli prinsipinə uyğun gələ bilməz. O məntiqlə onda Koliforniyada da, Rusiyanın Stavrapol vilayətində də ermənilər öz müqəddaratını təyinetmə hüququna malik ola bilər. Eyni zamanda Fransada, İranda və Türkiyədə yaşayan ermənilər bu iddia ilə çıxış edə bilər. Bu yanlış yanaşmadı və bu sepratizmə gətirib çıxaran mövqedir. Kataloniya nümunəsi var. Bu gün ən qaynar Kataloniya nümunəsidir. Katalonlar heç vaxt öz müqəddaratlarını həll etməyiblər. Buna baxmayaraq, onların dinc silahsız, qanun müstəvisində apardığı müstəqillik mübarizəsinə Avropa Birliyi, o cümlədən Minsk Qrupunun həmsədri olan dövlətlər dəstək vermirlər. Bu ikili standartları həmin o dövlətlərin nəzərinə çatdırmaq lazımdır və Azərbacyana qarşı olan fərqli mövqe dünya ictimaiyyətinə obyektiv olaraq çatdırılmalıdır. Necə Kataloniyada İspaniya krallığının parçalanmasına qarşı bütün dünya dayanıb və dinc, demokratik mübarizəni separatizim adlandırır, silahlı basqın yolu ilə, eyni zamanda başqa dövlətlərin təsiri ilə Azərbaycan ərazisinin bir hissəsinin ilhaq edilməsi heç bir halda azadlıq hərəkatı adlandırıla bilməz”,-deyə VİP sədri partiya vurğuladı.

“Bu gün o istiqamətdə siyasət qurmaq ziyanlı deyil, əksinə, xeyrimizədir”

"Mənə qarşı dələduzluq edilməyib" - İqbal Ağazadə<br />

ADP-nin Göyçə, Zəngəzur, İrəvan kimi tarixi ərazilərimizin işğaldan azad edilməsi məsələsini qaldırmaq çağırışı ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə də “Hürriyyət”ə fikirlərini açıqladı: “ Gözəl bir deyim var, “heç vaxt, heç vaxt demə”. Yəni heç bir şey istisna deyil. Dünyada tarixi ərazilərin də, sərhədlərin də dəyişmə prinsipləri çox vaxtı baş verib. Bunu biz kitablarda da oxuyuruq, yaşadığımız dönəmdə də Avropa coğrafiyasında yeni neçə dövlətin yaranmasını və yaxud əski torpaqların qayıdıb, yerində müstəqil dövlətlərin formalaşmasını müşahidə etmişik. Hesab edirəm ki, vacib amillərdən biridir. Təbii ki, reallıqlar tələb edir ki, biz Ermənistan-Azərbaycan münaqişəsini həll edək və 1992-ci il 2 martda BMT-nin qəbul etdiyi sənədlər çərçivəsində ərazimizi bərpa edək, gerisi zamanın işdir, bizim Cənubi Qafqazdakı yerimizdən, mövqeyimizdən, eyni zamanda bizim apara biləcəyimiz mübarizədən, demoqrafik, iqtisadi siyasətimizdən çox asılıdır. İndi dünyada işğalın, hüquqların bərpasının fərqli formaları var. Avropada baş verən konfliktlərin tarixinə baxsaq, bəzən 100 ilik müharibələr olub. Hətta Fransa ilə Almaniya arasında da münaqişələr olub. Elzas-Lotarengiya, Saar, Rur kömür hövzələri kimi problemli məsələlər olub. Amma görürsünüz zaman o məsələləri fərqli şəkildə həll edib. Biz də o məsələləri fərqli şəkildə həll edə bilərik. Amma əsas vəzifəmiz Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın suverenliyi və ərazi bütövlyü çərçivəsində həll etmək, işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdır. Ondan sonra, başqası barədə düşünmək olar. Amma bu gün də o təbliğatı aparmaq və o istiqamətdə siyasət qurmaq ziyanlı deyil, əksinə, xeyrimizədir”.

“Xalqların öz müqəddaratını təyinetmə hüququ separatçılıq əməllərinə söykənməməlidir”

“Xalqların bərabər hüquqları prinsipi də Azərbaycanı xeyrinə deyil. Xalqların öz müqəddaratını təyinetmə hüququ da heç bir halda bir dövlətin suveren hüquqlarına və onun ərazi bütövlüyünə xələl gətirməməlidir. Biz məsələlərdə yeni cəbhə açmağın tərəfdarı olmamalıyıq. Bizim üçün beynəlxalq hüquq var. Beynəlxalq hüquq bizim ərazi bütövlüyümüzü, bütöv Azərbaycanın qalmasını istəyir və biz də xalqların öz müqəddaratnı təyin etmək hüququ ilə xalqların ümumi faizi içərisində Azərbaycanın suveren hüquqları çərçivəsində onların hüquqlarını tanıyırıq. Xalqların öz müqəddaratını təyinetmə hüququ heç də bir ərazinin digərindən qopması və ya qopardılması, yaxud da separatçılıq əməllərinə söykənməməlidir. Tutaq ki, bu gün İsmayıllı rayonunun İvanovka kəndində yaşayan ruslar xalqların öz müqəddaratını təyinetmə əsasında İvanokva kəndinə müstəqillik tələb edirlər. Bu, nə dərəcədə realdır, məntiqlidir? Hansısa kənd, qəsəbə və bölgələrdə hansısa xalq kompakt yaşayırsa, öz müqəddaratını təyinetmə hüquqlarından istifadə edib, dövlətin ərazi bütövlüyünü, suverenliyni zərbə altında qoya bilməz ki, buna doğru yanaşılmalıdır. Bu doğru yanaşma da beynəlxalq müşavirələrdə, o cümlədən Azərbaycanın üzvü olduğu təşkilatlarda diqqətə çatdırılmalıdır. Dünyanın müxtəlif yerlərində bu tipli hadisələr kifayət qədər çoxdur və mono etnik tərkibdə yaşayan əhali də, etnik qarşıqlığı müxtəlif olan da ərazilər var, onların hamısında bu presedenti və yaxud bu separatçılıq əməlini yaratmaq mümkündür, onda bütün dünya konfliktə çevrilər ki. Ona görə, onun üzərində siyasət qurmaq düzgün deyil və məsələrə də o cür yanaşmaq olmaz”.

“Ancaq politoloq Eldar Namazov deyir ki, Azərbaycan ərazi bütövlüyü ilə yanaşı, xalqların bərabər hüquqlarının təmin olunması prispini gündəmə gətirməlidir” dedikdə İ. Ağazadənin cavabı belə oldu: “Qətiyyən, xalqların bərabər hüquqlarının təmin olunması Konstitusiyalar çərçivəsində mümkün olur, başqa bir halda ortaq dövlət yaratamayacaqlar ki”.

“Xalqların bərabər yaşaması əslində, konfliktə yeni uzadıcı xarakter gətirir”

“O, anlamda demir. O deyir ki, ermənilər niyə Qarabağdan Ermənistana dəhliz tələb edir, biz Azərbaycanla Naxçıvannı birləşdirən dəhliz məsələsini və Ermənsitandan qovulan azərbaycanlıların orada yaşayanda və oradan qovulanda da pozulmuş hüquqlarnı gündəmə gətirmirik” deyə qeyd etdikdə isə partiya sədri belə söylədi: “Bu, konfliktin həllində detallardır. Xalqların bərabər hüquqlarla yaşaması əslində, konfliktə yeni uzadıcı xarakter gətirir. Azərbaycanın ərazi bütövlüyü var. Azərbaycanın ərazi bütövlüyü hüquqla təsbit olunub və buna uyğun Azərbaycan öz addımlarını atmalıdır və siyasətini bunun üzərində qurmalıdır”.

Şamo EMİN, Hurriyyet.org

 Share
 Tweet
 Share
 Share
 Share
 Share