Seyidov və Mollazadə Vaşinqtona islahatlar aparıldığını bildiriblər.

31/03/2019 - 00:37 13 180 0   0  

Azərbaycan parlamentinin  üç hökumət nümayəndəsi bu həftə Vaşinqtonu ziyarət edərək, öz hökumətlərinin başlatdıqlarını  bəyan etdikləri "siyasi islahatlara" dəstək verməyə çağırıblar.

Deputatlar Səməd Seyidov, Sahib Qafarov və Asim Mollazadə ABŞ Konqresinin  bir neçə mühafizəkar üzvləri ilə görüşmək və İsrailli Amerika İctimai Əlaqələr Komitəsinin (AİPAC) -nüfuzlu İsrail lobbi qrupu-təşkil etdiyi illik siyasi konfransda iştirak etmək üçün   bir həftə  ABŞ-ın paytaxtında idilər .

"Siyasi islahatlara başladığımızı bəyan etmək  üçün biz Vaşinqtona gəldik və məmnuniyyətlə və  razılıq  hissi ilə deyirəm ki, bu təşəbbüsü anlaya bilən və dəstəkləyən insanlarla tanış oldum", -deyərək  Seyidov cümə günü Azərbaycan hökumətinin peşəkar lobbiçilərindən ibarət auditoriya qarşısında çıxış etdi.

"Azərbaycan dəyişən Qafqazda: Xarici və Daxili Siyasətdəki dəyişikliklər" adlanan  tədbir Vaşinqtonda yerləşən İpək Yolu Araşdırmalar  Proqramı, Qafqaz və Mərkəzi Asiya Strateji   Tədqiqatlar və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilib. 

İştirakçılar arasında həmçinin Avrasiya yəhudilərinə dəstək Milli koalisiyasından Lesli Vays və Bella Qoldşteyn var idi.

"Ümid edirəm ki, bu, yalnız başlanğıcdır və bu davamlı inkişaf davam edəcək və biz, Azərbaycan nümayəndələri kimi, bunun üçün mümkün olan hər şeyi edəcəyik", - Seyidov bildirib. Eyni zamanda o, nə dediyinə, hansı islahatlara, nə vaxt və necə tətbiq olunacağına aydınlıq gətirməmişdir . 

Tədbirin təşkilatçılarının sözlərinə  görə, Azərbaycan "yaxın zamanda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib".

Mollazadə çıxışında islahatlar üçün "islahatçılara ehtiyac duyulduğunu" söylədi. Gənclər, onun fikrincə, "Birləşmiş Ştatlardan və Avropadan yardımın əsas mənbəyinə çevrilməlidir".

 

"Bizə  hər şeyi nəzarətində saxlamaq kimi sovet ənənəsini tərgitmiş  fərqli   məmurlar lazımdır "

Vaşinqtonda bir sıra müşahidəçilər Turana bildiriblər ki, deputatların səfəri Azərbaycan hökumətinin Vaşinqtonda təsirini gücləndirmək üçün İsrail ilə yaxşı münasibətlərindən istifadə nümunəsi kimi qəbul edilməlidir.

Vaşinqtonda bir sıra müşahidəçilər Turanın müxbirinə  bildirdiyi kimi , deputatların səfəri Azərbaycan hökumətinin İsrail ilə yaxşı münasibətlərindən istifadə edərək Vaşinqtonda təsirini gücləndirmək istəyi  kimi qəbul edilməlidir.

Səfər çərçivəsində  Seyidov və Mollazadə  həmçinin  AIPAC illik siyasi konfransında çıxış etmişlər