Vasif Talıbovun istefa ərizəsini birinci müavini oxuyub - ÖZÜ İCLASDA İŞTİRAK ETMƏYİB

21/12/2022 - 15:02 1 284 0   0  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada özü iştirak etməyib. Ötən gecə Bakıdan qayıdan Vasif Talıbovun istefa ilə bağlı müraciətini müavini oxuyub.

Suveren.az "oxu.az"a istinadla xəbər verir ki, saat 12-də baş tutan sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasını birinci müavini Azər Zeynalov səsləndirib. Müraciətdə Vasif Talıbovun səhhətində yaranan problemlərə görə istefa verdiyini açıqlanıb.

Müraciətdə həm də V.Talıbovun Ali Məclisinin sədri vəzifəsindən istefa etsə də, deputat kimi fəaliyyətini davam etmək istədiyi qeyd edilib.