RUSLARA QARŞI YENİ VƏ DAHA SƏRT SANKSİYALAR… - Əsas diqqət işgəncələrə qarışan təhlükəsizlik güclərinə yönəlib

09/12/2022 - 14:54 1 405 0   0  

London bir sıra yüksək rütbəli ruslara qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Suveren.az xəbər verir ki, bu barədə cümə günü Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

"Bu gün mən 11 ölkədə, o cümlədən İran, Rusiya, Mali və Nikaraquada işgəncə, cinsi zorakılıq və etirazların yatırılmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı yeni sanksiyalar elan edəcəyəm", - Kleverli bildirib.

Görünür, söhbət bu ölkələrin güc strukturlarından gedir.

Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Britaniya dünyada baş verən hadisələrin passiv müşahidəçisi ola bilməz. “Oliqarxlar və diktatorlar Londonun onların əməllərinə reaksiyasından qorxmalıdırlar”, - deyə o bildirib.

Rusiyaya qarşı sanksiyalar aradan qaldırıla bilər - Nazirdən AÇIQLAMA

"Biz Rusiya Mərkəzi Bankının ehtiyatlarını bloklamaqla, Rusiya şirkətlərinin London şəhərində vəsait toplamasına mane olmaqla və Britaniya maliyyə xidmətlərini Kreml üçün əlçatmaz etməklə Rusiya iqtisadiyyatının bütün sektorlarına zərbə vurduq. Müttəfiqlərimizlə birlikdə sanksiyalarımız Rusiyanın potensialını sarsıtdı, müharibə aparmaq bacarığınıə zəiflətdi”, – Ceyms Kleverli bildirib.

Xatırladaq ki, indiyədək ən azı 100 oliqarx və onların ailələri də daxil olmaqla 1200-dən çox şəxs Britaniya sanksiyalarına məruz qalıb. Onların ümumi sərvəti 140 milyard funt sterlinq olaraq qiymətləndirilir.

Спецоперация России на Украине. Онлайн-трансляция | ИА Красная Весна

“Wall Street Journal” Vaşinqtondakı mənbələrə istinadən xəbər verir ki, həmçinin ABŞ da bu gün Rusiya və Çinə qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.

İlkin məlumata görə, ABŞ-ın sanksiyaları Rusiyanın Ukraynaya qarşı müharibədə İran pilotsuz təyyarələrindən istifadəsinin qarşısını almağa yönələcək.

Onlar Rusiyada insan hüquqlarının pozulması sahəsinə də toxunacaqlar.

Suveren.az