Latviyada Rusiya ordusunu hərbi avadanlıqlarla təchiz edən rus oliqarxların fəaliyyəti ifşa olundu – ONLAR HƏTTA AVROPA İTTİFAQINDAN MALİYYƏ DƏ ALIRLAR…

09/12/2022 - 11:37 1 448 0   0  

Rusiya oliqarxları Latviyada bizneslə məşğul olurlar 

Kremlə bağlı oliqarxlar İskəndər Mahmudov və Andrey Bokarev Latviyada biznes fəaliyyətlərini davam etdirirlər. Onlar həm şəxsən, həm də yaxın adamları vasitəsilə Riqadakı şirkətlərə nəzarət edirlər.

Suveren.az “The Insider”ə istinadən xəbər verir ki, onlar Avropa İttifaqındann qrantlar şəklində maliyyə də alırlar.

Qeyd edək ki Mahmudov və Bokarev 2021-ci ildən etibarən qatarlar, metro vaqonları və şəhər ictimai nəqliyyatı üçün elektrik avadanlıqları istehsal edən Latviyanı ən böyük müəssisəsi olan Riqa Elektrik Maşınqayırma Zavoduna (RER) nəzarət edirlər.

Олигархи Кремля в Латвии снабжают российскую армию - СМИ | РБК Украина

Latviya kommersiya reyestrinin məlumatlarına görə, 2021-ci ilə qədər RER səhmlərinin 36%-i Rusiyaya məxsus “Holdinq TransComponent” tərəfindən idarə olunurdu. Onun 20%-i hüquqi şəxslər zənciri vasitəsilə Kreml oliqarxlarına, 46%-i onların arxasında durduğu “Moskva Krona Qrup”a, qalan hissəsi isə Mahmudov və Bokarevlə əlaqəli partnyorlara məxsusdur.

Два связанных с Кремлем олигарха продолжают вести бизнес в Латвии и получают деньги ЕС - The Insider | Европейская правда

Rus oliqarxlarının nəzarətində olan Latviya şirkəti bütün Avropada fəaliyyət göstərir. Məsələn, may ayında Çexiyaya trolleybuslar və elektrik avtobusları üçün yeni elektrik mühərriki ixrac ediblər. Bundan əlavə, RER Latviyanın İnvestisiya və İnkişaf Agentliyi və Latviyanın İqtisadiyyat Nazirliyinin qrant layihələri vasitəsilə Avropa İttifaqından maliyyə alır.

Настоящие агенты Кремля в Риге. Как криминальные российские олигархи, получающие подряды от Минобороны, ведут бизнес в Латвии

“The Insider” yazır ki, rus oliqarxlar Rusiya Müdafiə Nazirliyinin tədarükçüləri olan şirkətlərə sahibdirlər. Əvvəllər onlar “Kalaşnikov” silah konserninin payçısı idilər, indi isə Kolomenski zavodu vasitəsilə Rusiya hərbi gəmiləri üçün dizel mühərrikləri tədarükünü davam etdirirlər.