Turizm naziri vəzifədən uzaqlaşdırıldı

05/02/2019 - 22:32 7 837 0   0  

Rusiyanın baş naziri Dmitri Medvedyev Turizm naziri Oleq Safonovu vəzifədən kənarlaşdırıb.

Suveren.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Medvedyevin sözlərinə görə, ölkədə turizm sektorunu inkişaf etdirmək, prioritetləri düzgün seçmək və maliyyəni doğru istiqamətdə xərcləmək lazımdır.

Daha əvvəl Medvedyev Mədəniyyət nazirinin müavininin işinə xitam vermişdi.