ABŞ-da məktəbdə atışma baş verdi

29/10/2018 - 19:48 13 429 0   0  

ABŞ-ın Şimali Karolina ştatındakı məktəblərdən birində baş verən atışma nəticəsində bir tələbə yaralanıb. Bu barədə RİA “Novosti” məlumat verir.

Hadisə səhər saatlarında Metyus şəhərindəki məktəbdə baş verib.

Polisin verdiyi məlumata görə, yaralı şagird xəstəxanaya yerləşdirilib, onun yarasının xarakteri hələlik məlum deyil. İnsidentlə bağlı başqa bir məktəbli saxlanılıb.