Qusarın turistik kəndi işıqsız qalıb - Problemi həll edən yoxdur

27/10/2018 - 20:58 9 457 0   0  

Qusar rayon Qalacuq kəndində yerləşən 300 yaşayış evindən 180-nində işıq yanmır.

Suveren.az “Qafqazinfo”nun Şimal bürosuna istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, elektrik dirəkləri və naqillərdə problem olduğundan bu çətinliklə üzləşiblər.

Bələdiyyə sədri bildirib ki, 3 gündür İşıq İdarəsinə zəng vursa da, problemi həll edən yoxdur.

Qeyd edək ki, Qalacuq rayona yaxın və turistik kənddir.