İrəvan ABŞ-ın altına uzanmağa hazırdır - Korotçenko

28/10/2018 - 21:13 17 968 0   0  

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-dan silah alınması ehtimalını istisna etməyib.

Suveren.az xəbər verir ki, Paşinyanın sözügedən çıxışını rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko şərh edib.

“Diplomatik dildən adi danışıq dilinə çevirsək, bu fikir Ermənistanın ABŞ-ın altına uzanmağa hazır olduğu anlamını ifadə edir. Paşinyanın bəyanatı təsadüf deyil, o, vaxtında – Putinin dördtərəfli sammit üçün İstanbulda olduğu vaxt edilib. Təsadüf? Düşünmürəm”, - ekspert yazıb.

Qeyd edək ki, Nikol Paşinyan ABŞ-dan silah alınmasını istisna etməyib və bildirib ki, ABŞ bizə sərfəli təklif edəcəyi halda biz buna reaksiya verəcəyik.