"Qalatasaray"a növbəti zərbə - Prezident...

29/11/2018 - 23:28 9 280 0   0  

Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray" klubunun prezidenti Mustafa Cengizə və komandanın futbolçusu Serdar Azizə cəza verib.

Suveren.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbəri daha 45 gün hüquqlarından məhrum edilib. O, həmçinin 30 min lirə məbləğində cərimələnib.

TFF Serdar Azizi isə üç oyunluq cəzalandırıb. Buna səbəb 28 yaşlı müdafiəçinin Türkiyə Super Liqasının XIII turunda evdə "Konyaspor"la matçda qırmızı vərəqə alması və hakimin qərarına sərt şəkildə etiraz etməsi olub.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası daha öncə Mustafa Cengizi 105 gün hüquqlarından məhrum edib. Bununla da onun cəzası 150 günə çatıb.