Azərbaycanlı Serbiyada adam öldürdü - Hava limanında YAXALANDI

06/11/2018 - 11:47 1 648 0   0  

Doha-Bakı təyyarə reysi ilə Qətərdən Bakıya gələn 38 yaşlı Tural Süleymanov Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.
Suveren.az unikal.org-a istinadən xəbər verir ki, araşdırma zamanı onun Serbiyada qəsdən adam öldürmə cinayətini törətməkdə şübhəli bilindiyinə görə "İnterpol” xətti ilə axtarışda olduğu üzə çıxıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin "kriminal dünya” ilə yaxınlığı və onun başqa cinayətlər törətməsi ehtimalını araşdırır.