"Əsl məqsəd siyasi təzyiq göstərmək olub" - XİN

28/01/2019 - 21:54 14 239 0   0  

Yanvarın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, Erməni qartallar – vahid Ermənistan Partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım keçirdiyi aclıq aksiyasından sonra ölüb. Bir müddət əvvəl Mehman Hüseynovun halında aclıq aksiyasını dayandırdığı halda, əsassız iddialarla çıxış edən Avropa Parlamenti, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanın halında aclıq akasiyası nəticəsində ölüm halı ilə bağlı susurlar".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Ermənistanda həbs olunan siyasi partiyanın rəhbəri Mher Yegiazaryan 52 günlük aclıq aksiyasından sonra ölüb. Bir qədər öncə Azərbaycanda Mehman Hüseynovun aclıq aksiyası ilə əlaqədar əsassız şəkildə səs-küy qaldıran insan hüquqları carçıları indiki halda nədənsə biganə qalırlar. Bu barədə indiyədək nə müvafiq Avropa institutları, nə də digər beynəlxalq insan hüquqları müdafiəçiləri tərəfindən hər hansı bəyanatlar verilməyib, təcili dinləmələr keçirilməyib" sualını şərh edərkən bildirib.

"Ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları M.Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri bir halda və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi bir halda Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etdi. “Washington Post” qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır, bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi?

Bilirsiniz, bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olmuşdur. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər, əslində, elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar", - XİN-in mətbuat xidmətindən bildirilib.