Qadın siyasətçi quru aclığa başladı

05/12/2018 - 22:39 11 122 0   0  

Ukraynalı siyasətçi Nadejda Savçenko quru aclığa başladığını elan edib.

Suveren.az xəbər verir ki, bu barədə bəyanat Savçenkonun “Facebook” səhifəsində yer alıb.

Hazırda istintaq təcridxanasında olan N. Savçenko bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri şantaj və təzyiq metodlarından istifadə edərək onu cinayət işinin materialları ilə tanış olmağa məcbur edirlər.

Əvəzində isə Savçenkoya yaxınları ilə görüşlərin təşkil edilməsi, prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün bank hesabının açılması və elektron açarların bərpası kimi təkliflər irəli sürülür.

Savçenko bildirib ki, siyasi məhbus kimi quru aclığa başlayır və hüquqları tam təmin edilməyənədək mübarizəsini davam etdirəcək.