“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”

18/03/2019 - 18:07 17 041 0   0  
“Serjik Sərkisyan bu planın qarşısını “800 hektarlıq ərazinin itirilməsi” ilə alıb”?..
 
 
 
 
 
 
 
 
 
 “Aprel döyüşlərini "müharibə" yox, "kiçik bir insident" adlandırmaq –
hücum edən tərəf kimi Azərbaycanın məsuliyyətini yumşaltmaqdır”. 
 
Moderator.az xəbər verir ki, bu üzdəniraq fikri “Facebook” səhifəsində erməni politoloq Styopa Safaryan  Qarabağdakı separatçı-terrorçy rejimin keçmiş müdafiə naziri Samvel Babayanın dünən – martın 17-də verdiyi bəyanatına cavab olaraq yazıb. Həmin bəyanatda S.Babayan Aprel döyüşlərini müharibə yox, “kiçik insident”, “sabotaj” adlandırmağın tərəfdarı olduğunu bildirib. Eləcə də S.Babayan Qarabağın Rusiya mandatına verilməsinin doğru olduğunu vurğulayıb. İşğalçı ölkə  politoloqu isə bildirib ki, Rusiya 2008-ci ildən başlayaraq  Abxaziya, Cənubi Osetiya və Dnestryanıda olduğu kimi, öz “sülhməramlı qoşunları”nı Qarabağda da yerləşdirmək proqramını həyata keçirməyə çalışıb.  Bu konsepsiya 2012-2013-cü illərdə aydın şəkildə ortalığa qoyulub.   S.Safaryan iddia edir ki, 2016-cı ilin Aprel döyüşləri zamanı işğalçı ölkənin terrorçu eks-prezidenti Serjik Sərkisyan Rusiyanın bu planının qarşısını “800 hektarlıq ərazinin itirilməsi” ilə alıb...
 
P.S. Ermənilər hər cür hədyan söyləyə bilər... Amma xatırladaq ki, 2014-cü ilin sentyabrında “Nyu-York-tayms”  qəzetində yəhudi araşdırmaçı professor Brenda Şafferin imzası ilə yazılan məqalədə həmin ilin iyul-avqustunda Soçidə gedən danışıqlar ərəfəsinə təsadüf etmiş   və hər iki tərəfdən 40-a yaxın hərbçinin öldüyü  döyüşlərin Serjik Sərkisyanın  Rusiyanın göstərişi ilə başlatdığı vurğulanır. Yəhudi müəllifin iddia etdiyinə görə, məhz bu təxribatla Putin Soşi görüşlərində Rusiya qoşunlarının “sülhməramlı” cildində  Qarabağa yerləşdirilməsinə hər iki tərəfdən razılıq almağa çalışıb...
 
Sultan Laçın