Prezident iki polkovnikə yeni rütbə verdi

10/03/2019 - 09:48 6 976 0   0  

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Xəbərə görə, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

 

polkovnik Muradov İnqilab Heydər oğlu

polkovnik Niftaliyev Səlim Cəfər oğlu.