Şklyarov seçkini təhlil etdi: Vaşadze, yoxsa Zurabişvili?

29/10/2018 - 00:02 20 101 0   0  

Əgər bütün ölkə boyu saxtalaşdırma olmasa, onda Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək.

Suveren.az xəbər verir ki, bu sözləri politoloq Vitali Şklyarov deyib. Vaxtilə Kseniya Sobşakın seçki qərargahında siyasi texnoloq kimi çalışan politoloq bildirib ki, onlar seçkilərin anonim monitorinqini təşkil ediblər:

“Bütün ölkə üzrə bu anonim monitorinqə seçki saxtakarlığı və qanun pozuntusu ilə bağlı istənilən şəxs foto-video göndərə bilərdi. 19:45-ə olan məlumata görə, 1400-dən çox belə fakt daxil olub. Ona görə düşünmürəm ki, hakimiyyət bu boyda saxtakarlığa getsin. Əlbəttə, son saat çox şeyi həll edir və biz bunu bir çox seçkilərdə - o cümlədən Klinton-Tramp seçkisində - müşahidə etmişik. Necə deyərlər, heç vaxt demə ki, heç vaxt. Ona görə gözləyək”.

Son 4 ayı Gürcüstanda keçirdiyini və burada Rusiyaya qarşı heç bir aqressiya müşahidə etmədiyini bildirən politoloq liderliyi müxalifətin etdiyini vurğulayıb:

“Bu gün seçicilər arasında populyar müxalifətdir. İnsanlar hakim partiyadan çox narazıdırlar. Son 6 ildə heç bir ciddi sistem yeniliyi baş verməyib, işsizlik çox artıb, sosial həyat çətinləşib, lari dollar qarşısında çox ucuzlaşıb. Ona görə də müxalifətə simpatiya var. Buna rəğmən, hakimiyyətin əlində administrativ resurslar cəmləşib. Zurabişvili ilə Vaşadze başa-başdır. Amma onu da qeyd edim ki, Vaşadze xalq arasında dominantlıq edir”.

Qeyd edək ki, eksit-pollar açıqlansa da, hələlik ilkin rəsmi nəticə elan edilməyib.