Bu işçilərin aylıq maaşı artırıldı - SƏRƏNCAM

10/03/2019 - 00:18 4 753 0   0  

Prezident İlham Əliyev "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncam "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb.

 

"Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilib:

1-ci hissədə "165" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;

həmin sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində "185", "175", "170" və "165" rəqəmləri müvafiq olaraq "215", "210", "205" və "200" rəqəmləri ilə əvəz edilsin.

Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, indiyədək Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 275 manat, yardımçı vəzifələr üçün 165 manat müəyyənləşmişdi.