Aeroport yolunda tıxac

10/12/2018 - 21:55 12 922 0   0  

Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol qəzası baş verdiyindən hazırda Heydər Əliyev Beynəlxalq Aerportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir.

Suveren.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, sıxlıq səbəbindən ətraf kəndə və qəsəbələrə gedən avtobusların intervalında da gecikmələr yaranıb.