Canlı yayımda deputata HÜCUM - VİDEO

01/12/2018 - 20:21 18 781 0   0  

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərlə iş üzrə nazir müavini Yuri Qrımçak ZİK televiziyasında yayımlanan siyasi tok-şou zamanı Ali Radanın deputatı Yevgeni Murayevə hücum edib.

Suveren.az xəbər verir ki, nazir müavininin qəzəblənməsinə səbəb Yevgeni Murayevin Kerç boğazında noyabrın 25-də baş vermiş hadisə ilə əlaqaraq söylədiyi fikir olub.

Ali Radanın deputatı iddia edib ki, hadisə Kiyev hakimiyyəti tərəfindən qəsdən provokasiya edilmişdi.

“Bu münaqişədə Rusiya Federasiyası maraqlı deyildi. Mümkündür ki, Argentinada G20 sammitində Rusiya və ABŞ prezidentlərinin görüşünün ləğvi provokasiyanın hədəfi idi”, - deputat bildirib.

Buna cavab olaraq Murayevi axmaq adlandıran Qrımçak deputatın söykəndiyi masaya ayaqla zərbə endirib.