Lukaşenkonu Belarus prezidenti kimi tanımırıq! - Ağ Ev açıqlama verdi

24/09/2020 - 13:40 4 231 0   0  

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu Belarusiyanın qanuni seçilmiş prezidenti kimi tanımır.

Onun sözlərinə görə, Belarusiyada prezident seçkiləri azad və şəffaf keçirilməyib.

"Elan olunan nəticələr uydurma idi və legitimliyi əks etdirmir. ABŞ Lukashenkonu ölkənin qanuni olaraq seçilmiş lideri hesab edə bilməz" deyə RİA Novosti ABŞ Dövlət Departamentinə istinadla bildirir.

Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçirildi, MSK-nın məlumatına görə Lukaşenko səslərin 80,1% -ni qazanaraq qalib gəldi. Qanunvericiliyə görə, seçilmiş prezidentin andiçmə mərasimi seçki tarixindən etibarən iki ay ərzində baş tutmalıdır. Çərşənbə günü Belta dövlət agentliyi gözlənilmədən, əvvəlcədən açıqlama vermədən Lukaşenkonun Belarus prezidenti vəzifəsini icra etdiyini, andiçmə mərasiminin İstiqlal Sarayında keçirildiyini bildirdi.

Müxalifət seçki nəticələri ilə razılaşmır və etiraz aksiyaları keçirir. İnauqurasiya günü Belarusiyada keçirilən etiraz aksiyaları hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi ilə açıq toqquşmalarla müşayiət olundu.

Daxili İşlər Nazirliyi bildirir ki, 23 sentyabrda Minskdə etiraz edənlərin sayı 3 minə yaxın idi.