Poroşenko prezidentliyə namizədliyini rəsmən elan edib

29/01/2019 - 21:19 14 170 0   0  

Ukrayna Prezidenti Pyotr Poroşenko prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcəyini rəsmən elan edib.

P.Poroşenko bunu “Krutdan Brüsselə qədər. Biz öz yolumuzla gedirik” adlı forumda bildirib.

Forumda Nazirlər Kabinetinin nümayəndələri, nazirlər, hökumət təmsilçiləri, “Petro Poroşenkonun Bloku” fraksiyasının deputatları, sabiq prezident V.Yuşenko iştirak ediblər.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 22 nəfərin namizədliyini qeydə alıb.