Alban xaç daşları - Naxçıvan MR da xaç daşlar niyə məhv edildi? Şahlar Hacıyev yazır...

16/10/2020 - 12:25 6 816 0   0  

Azərbaycan alimləri tərəfindən daha çox Xaçın xaç daşları tədqiq edilmişdir. Onlar əsasən Kəlbəcər, Daşkəsən, Qazax və Ağstafa rayonları ərazisində yayılmışdır. Bu xaç daşları, əsası Həsən Cəlal tərəfindən qoyulmuş Xaçın Alban Məlikliyinin yadigarlarıdır. Kəlbəcər rayonunun böyük bir hissəsi Xaçın-Alban Məlikliyinin  tərkibində olmuşdur. Bu rayon ərazisində tədqiq edilmiş bütün stellalar memarlıq bədii obrazlarının özümlülüyü ilə fərqlənir, eyni zamanda onlar Arranın xaç daşları və digər stella tipləri üçün səciyyəvi olan kanon və formalardan kənara çıxmamışdır. Stellalarda xristianlığın və çox güman ki, Gün Tenqri kultunun incəsənəti müşahidə olunur. Həmçinin ayrı-ayrı yerli dini təriqətlərin təsiri etimal edilir.

Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş iki xaç daşı Xaçın xaç daşlarının ən gözəl nümunələrindən biri hesab edən D.Axundov yazır ki, onlardan bir-birinin üstündə iki dairəvi xonça olan birinci xaç daş olduqca maraqlı quruluşa malikdir. Böyük xonça yeraltı səltənətin və ya ora girişin rəmzidir. Yuxarıda isə onun içində meridional şəkildə əlavə dörd kiçik xonça yerləşir. Bu səmanın dörd cəhətinin-cənnət sferasının rəmzidir və yaxud planetlərin  əbədi hərəkəti ilə hüdudsuz işıq fəzasını təcəssüm etdirir. Onların üstündə həyat ağacı şəklində xaç təsvir olunmuşdür.

Xaçın yuxarı budağından qanadlı dairədə kiçik haça çıxır.Xaç daşda xristian simvolikası ilə ağılasığmaz tərzdə birləşmiş cüt Ahura Mitra tanrıların ın aşkar rəmzinin belə təsvirləri ,yalnız Arranın stellasında müşahidə olunur. Bənzər xaç daşları əsasən Xocalı, Ağdərə, Tərtər, Gədəbəy, Şuşa və digər rayonların ərazisində aşkarlanaraq tədqiqata cəlb edilmişdir. Onların ən maraqlı nümunələrindən biri 1633-cü ilə aid xaçvari Qarabağ daşıdır. Bu xaç daş da Arran məktəbinə xas kanonkar çərçivəsində həll olunmuşdur. Hal hazırda Eçmiadzində saxlanılır.

XIV əsrə aid başqa bir Qarabağ xaç daşı isə tamamilə başqa bir üslubda icra olunmuşdur. Stellanın bütün səthi çoxlu tematik təsvirlərlə bəzədilmişdir. Dekor prinsipi onu Culfanın vaxtilə Naxçıvan MR nın başçısı Vasif Talıbov fərəfindən bilməyərəkdən başdan-başa məhv edilən, dövrümüzədək bəzilərinin sadəcə rəsmi yetişən alban xaç daşları ilə, xaçın şəkli və hörmə naxışları isə Kəlbəcərin cahartağ xaç daşları ilə eyni qrupa aid etməyə imkan verir.

Şahlar Hacıyev