WP: Səudiyyə Ərəbistanı Qaşıqçının ailəsinə milyonlarla dollarlıq sərvət ödəyib

02/04/2019 - 20:09 11 650 0   0  

Səudiyyə Ərəbistanı qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının 4 övladına milyonlarla dollar dəyərində evlər verib və böyük miqdarda aylıq ödənişlər edib".   

Bu barədə “The Washington Post”-un hesabatında qeyd edilir.

Bildirilir ki, krallıq C.Qaşıqçının ailəsini onun ölümündə Səudiyyə Ərəbistanı agentlərini ittiham etməkdən çəkindirmək üçün bu addımı atıb. Nəşrin məlumatına görə, gələcək aylarda ailəyə “qan pulu” kimi 10 milyonlarla dollar təklif edilə bilər.

Qeyd edək ki, Camal Qaşıqçı 2018-ci ildə oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda qətlə yetirilib.