Rusiya və Qırğızistan arasında imzalanan protokol

29/03/2019 - 15:01 10 549 0   0  

Rusiya prezidenti Vladimir Putin Qırğızıstan ilə hərbi-texniki  sahədə əməkdaşlığı inkişaf etdirmək üçün razılaşdıqlarını söyləyib.

Putin rəsmi səfərdə olduğu Qırğızıstanda prezident Sooranbay Ceenbekov ilə paytaxt Bişkəkdə Ala Arça Prezident Dövlət Qonaqevində bir araya gəlib.

Təkbətək görüşdən sonra heyətlər arasında keçirilən görüşün mətbuata açıq hissəsində çıxış edən Ceenbekov Rusiyanın yaxın, etimad edilən tərəfdaş, əhəmiyyətli və uzun müddətli stratəji tərəfdaş olduğunu vurğulayıb.

Ceenbekov “Rusiya ilə əlaqələrimizə və strateji əməkdaşlığımıza hər zaman qiymət veririk. Putinin şəxsi dəstəyi sayəsində ikitərəfli əlaqələrimiz keyfiyyət olaraq yüksək səviyyədədir” deyib.

Qırğızistanın iqtisadiyyatına Rusiyanın dəstək olduğunu xatırladan prezident “Bu gün imzalanacaq əməkdaşlıq sazişinin iki ölkə xalqlarının rifahına töhfəsinin olacağına inanıram” deyə vurğulayıb.

Putin isə görüşlərin iki ölkənin inkişafına və əməkdaşlığına dəstək olacağını bildirərək, iki ölkənin iqtisadi sahədəki əməkdaşlığında müsbət addımların atıldığını xatırladıb.

Putin deyib ki, Qırğızistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasından sonra Rusiya ilə bu ölkə arasındaki ticarət həcmi artı. İqtisadi əməkdaşlığımızı inkişaf etdirməyi arzu edirik. İki ölkə hərbi sahədə də əlaqələrini güçləndirdi. Bunu davam etdirəcəyimizə inanıram. Qırğızistan etimad ediləcək müttəfiq, strateji tərəfdaşımızdır. İkitərəfli və beynəlxalq platformalarda birgə işlədik və bunu davam etdirəcəyik.

Rusiyanın Qırğızistandakı hərbi bazası barədə iki ölkə arasındakı sazişdə dəyişikliklər edilməsi haqqında protokol da imzalanıb.

Prezident Vladimir Putinin bu ölkəyə səfəri zamanı imzalanan sənəddə icarə və bəzi təşkilati məsələlərə dair müəyyən dəyişikliklər əksini tapıb. Bununla yanaşı, tərəflər hərbi və hərbi texniki əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməklə bağlı razılığa gəliblər.

Dərc olunan protokol layihəsinə görə, Kant hərbi hava bazasının illik icarə haqqı 4,5 milyon dollardan 4,79 milyon dollaradək artırılıb.

Qeyd edək ki, paytaxt Bişkəkdən 20 kilometr şərqdə 2003-cü ildə açılan Kant hərbi hava bazasına dair Qırğız Respublikası ilə Rusiya Federasiyası arasında saziş 2012-ci ildə imzalanıb.

Kant hərbi hava bazası ilə bağlı məsələnin iki ölkə prezidentləri Sooronbek Ceenbekov və Vladimitr Putin arasındakı danışıqlarda əsas mövzu olub.