İRANDA QARABAĞA DƏSTƏK AKSİYALARI! – Soydaşlarımız arasında həbs olunanlar var / VİDEOLAR

02/10/2020 - 13:39 3 480 2   0  

Bildiyimiz kimi, İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləmək siyasəti cənublu qardaşlarımızın haqlı olaraq narazılığına səbəb olub. Soydaşlarımız öz etirazlarını öncə İrandan Ermənistana hərbi texnika daşıyan yük maşınlarını yandırmaqla və maşınların keçməsinin qarşısını almaq üçün yollara xüsusi düzəldilmiş dəmir tikanlar atmaqla nümayiş etdirdilər.
Ardınca Qarabağa dəstək mitinqlərinə çağırış edildi. Nəticədə cənublu soydaşlarımız məsələyə öz etirazlarını bildirmək və mövqelərini ortaya qoymaq üçün dünən İranın bəzi şəhərlərində irimiqyaslı mitinqlər keçirdilər. Mitinqlərdə “Ya Qarabağ ya ölüm!”, “Azərbaycan milləti çəkəmməz bu zilləti””, “Qarabağ bizimdir, bizim olacaq”” şüarları səsləndirilib.
Lakin təəssüflə qeyd etməliyik ki, aksiyda iştirak edən bir sıra soydaşımız İran dövlət orqanları tərəfindən həbs olunub. Srağagün Ərdəbildə həbs olunanların adlarını təqdim edirik:  - Əli Xeyrcu, Əhməd Məhəmməd Pur, Yaşar Muradi, Əli Məali, Yunus Muradi, Meysəm Colani, Möhsün İsmaili, Mərziyə Cavanşir.
Ötən gün Ərdəbildə həbs olunan soydaşlarımız isə  bunlardır: Seccad Colani, Parviz Siyabi, Muctaba Pervin, Mustafa Pervin, Mehdi Huşmend, Mehemmed Colani, Əsger Əkbərzadə, Bəhmən Xeyrcu, Hamid Heydari, Hüsen Balaxani.
Dünən Urmiyada isə Salar Tahir Əfşar, Əbülfəz Əsgərzadə, Cavad Rizayi, Səhənd Behnemun və adı hələ bizə məlum olmayan daha 6 nəfər azadlıqdan məhrum olunub.
O cümlədən Zəncanda da Məcid Kərimi, Əkbər Qarabaği və adı bəlli olmayan 6 nəfər həbs olunub.
Təbrizdə Mehdi Dustdar, Əsədullah Sasani və daha 40 nəfər civarında həbs olunanlar var, hazırda adlarını aydınlaşdırmağa çalışırıq.
Digər həbs olunanlar isə bunlardır: Xiyav (meşkin): Vəhid Xavəndi, Siyamək Seyfi, Kazım Səfa Bəxş, Mehdi Əbdullahi, Şəhruz Himmət oğlu, Qudrət Mənaf zadegan. Kərəc: Zəhra Aslani. Bu şəxslər Qarabağa dəstək mitinqində iştirak etdikləri üçün İran hökuməti tərəfindən həbs ediliblər.
Adlarını çəkdiyimiz şəhərlərlə yanaşı, paytaxt Tehranda da mitinqlərin keçirildiyi bildirilir. Hadisələrin ağırlığı Tehrana da daşınmaqdadır. Əslində, İran hökuməti sözdə din qardaşlığından danışaraq, Ermənistanı dəstəkləməklə özü öz ayağının altını qazdığının fərqində deyil.
Yaşasın Azərbaycan! Yaşasın cənublu soydaşlarımız!

Suveren.az