Riusya Qırğızıstandakı bazasını genişləndirir.

29/03/2019 - 14:53 10 933 0   0  

 

 

Rusiya prezidenti Vladimir Putinin Qırğızıstana birgünlük səfəri ərzində iki tərəf bu ölkədəki Rusiya hərbi bazasının ərazisini 60 hektar artırmaq barədə razılığa gəliblər. Rusiyanın hüquqi sənədlər saytında yerləşdirilmiş protokolda deyilir ki, Qırğızıstanın şimalındakı Kant məntəqəsində yerləşən Rusiya hərbi hava bazasının illik icarə haqqı 4. 5 milyon dollardan 4, 7 milyon dollara çatdırılacaq. Bu razılaşmada bazanın ərazisində dronlardan istifadə qaydaları da müəyyənləşdirilir. Qırğızıstan silahlı qüvvələrinin generalı Raiymberdi Duishenbiev müxbirlərə deyib ki, saziş habelə bazadakı uçuş-eniş zolaqlarının modernləşdirilməsini nəzərdə tutur. Saziş qüvvəyə minməzdən əvvəl iki ölkə tərəfindən ratifikasiya edilməlidir. Videonu ayrıca pəncərədə aç Qırğızıstanda Rusiyanın başqa hərbi obyektləri də var. Bunlar İssık-Kul gölündəki donanma bazası, Mayluu-Suu şəhərindəki seysmoloji mərkəz və Qırğızıstan-Qazaxıstan sərhədi yaxınlığındakı Çaldıbar şəhərində kommunikasiya mərkəzidir. 2012-ci ildə bütün bu dörd obyekt vahid Rusiya Hərbi bazası adı ilə birləşdirilib. Ötən ay Qırğızıstana səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Moskva əgər Bişkekin etirazı yoxdursa, bu ölkənin ərazisində ikinci Rusiya bazasının açılması ideyasına yaxşı baxır. Lavrovun bu bəyanatından üç gün əvvəl Qırğızıstanın Rusiyadakı səfiri Alikbek Jekshenkulov demişdi ki, Qırğızıstan ölkəin cənubunda ikinci Rusiya bazasının açılacağını istisna etmir. Buna da bax: Rusiya Qırğızıstanda ikinci hərbi baza açacaqmı? Halbuki Qırğızıstanda Rusiyanın daha bir bazasının açılacağına dair söhbət və şayiələr artıq aylardır ki, dolaşırdı. Bişkekə səfərin başlanğıcında Jeenbekov və Putin bəyan ediblər ki, Qırğızıstan və Rusiya “iki etibarlı müttəfiq və strateji partnyordur”. Qırğızıstan baş naziri Jenish Razakov deyib ki, Putinin səfəri ərzində iki ölkə arasında ümumi dəyəri 12 milyard dollar olan 65 müqavilənin imzalanacağı gözlənilir. Rusiya borcları silir Bu da xəbər verilir ki, Putinin Bişkekə səfərinin ərəfəsində Rusiyanın Qırğızıstana təmənnasız olaraq 30 milyon dollarlıq maliyyə yardımı edəcəyi məlum olub. Son 11 il ərzində Rusiya Qırğızıstanın ona olan 700 milyon dollar borcunu bağışlayıb.