Azərbaycan təhsilində şok: 2025-ci ilə min müəllim… – Siyahıda kimlər var?

27/03/2019 - 12:23 14 683 0   0  

Təhsil sahəsində müzakirələr bitmək bilmir. Buna dair növbəti təklif təhsil mütəxəssisi Şamil Sadıqdən gəlib: “Təhsil elə bir önəmli sahədir ki, onu idxal edənlər yox, ixrac edənlər gücdür. Həm də dünya gücü. Məncə, bir ölkənin təhsilini yad ünsürlərin peşəkar əlinə verməkdənsə, milli düşüncənin daşıyıcısı olan sadiq, fədakar, nümayəndələrinə təslim etmək, sabahı qurtarmaq deməkdir. Təhsilin nəticəsini qısa zamanda görmək mümkün deyil, uzunvadəlidir bu proses. Ona görə sağlam ideoloqlarla xarici təcrübəni öyrənib, öz ənənələrinin üstünə qoymaqla qurtarmaq olar gələcəyimizi. Fərqinə varılmadan xarici qüvvələrə meydan vermək, bir gün yenə bumeranq kimi üstümüzə gəlmək deməkdir. Qazaxıstan Feto məktəblərinə qapı açsa da, Nazarbayev Beynəlxalq məktəblərini də açaraq, buyurun, rəqabət aparın dedi və bu gün heç bir halda reytinq baxımından feto məktəblərindən geri qalmır. Və heç bir halda feto, nurçu düşüncəli müəllimlərdən asılı vəziyyətdə deyil. Amma təəssüf ki, biz 25-30 il bu sistemə göz yumub içimizə elə yerləşdirdik ki, indi heç bir halda təmizləmək olmur. Başın bu tərəfə kəssən, qanı o tərəfə axır. Yaxşı müəllim deyəndə isə təəssüf ki, o məktəblərin yetirmələrinə üz tutmaq məcburiyyətində qalırıq. Onların isə düşüncəsinə təsir etmək olduqca çətindir, amma mümkünsüz deyil. O məktəblərin “kadravikləri” Azərbaycana düşməndirlər demirəm, bəzən bir çoxlarından daha çox bağlıdırlar Azərbaycana. Amma təpədən dırnağa kimi milli ola bilmirlər. Bilirsiniz necə, necə ki, bütün molla, din aludəçiləri irana, ərəbistana bağlıdırlar, onlar da elə. Nəsə, mövzum bu deyil, mövzum məhz milli olan bir konsepsiya olmalıdır, məhz sabaha yönəlik. Məsələn bir hədəf qoyulmalıdır, proqram yazılmalıdır. 2025 üçün 10000 müəllim adı ilə, ruhunda, düçüncəsində ölkəsinin, millətinin sevgisi yoğrulmalı… Bu dövləti təmənnasız sevməli… Mövhumatdan uzaq, insan sevdalısı, elm fədaisi 10000 müəllim. Və bunun ən az 60-70 faizi kişi olmalı.

  1. Milli təhsil konsepsiyasına böyük ehtiyac var, hər şeyə sinə gərib bu riski almalıdır təhsil nazirliyi…
    Vicdanlı bir müəllim gördüyü işin şagird üçün önəmli olduğunu bildikdə, adətən, valideynlə belə üz-üzə durur. Təhsil rəhbərləri də bu cür olmalı, bütün sərt tənqidlərə dözməli, inamlı şəkildə sabahı qurtarmalıdır. İnsan kapitalına sərmayə qoyulmalıdır. Koreya, Finlandiya, Sinqapur buna bariz nümunədir. Biz düz desək, Orta Asiyanı yaxın beş ildə ölkəmizə daşıya, təhsil turizmini belə qura bilərik. Sadəcə və sadəcə milli təhsil konsepsiyamız olarsa…”