Rusiya Türkmənistan qazının Azərbaycandan nəql edilməməsi üçün hərəkətə keçdi

28/03/2019 - 15:29 10 924 0   0  

Rusiyanın “Qazprom” şirkəti yaxın zamanlarda Türkmənistandan qaz alışını yeniləmək niyyətindədir.

Bunu “Qazprom”un rəhbəri Aleksey Miller Türkmənistanın “Vətən” televiziyasına müsahibəsində deyib.

“Biz qaz sferasında əməkdaşlığımızın genişləndirilməsində böyük perspektivlər görürük. Yaxın gələcəkdə türkmən qazının alışı müqaviləsi çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana səfər edib. Miller Türkmənistanda Prezident Qurbanqulu Berdiməhəmmədovla görüş keçirib.

“Qazprom” 2016-cı ildə Türkmənistandan qaz alışını dayandırıb. Bundan sonra türkmən qazının Azərbaycan vasitəsilə Avropaya çıxarılması üçün intensiv danışıqlar aparılırdı.