“İrəli” İctimai Birliyi yeni sədrini seçdi

25/12/2018 - 19:31 10 573 1   0  

“İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib.

“İrəli”nin təşkilat kimi fəaliyyətinin 10, hərəkat kimi isə 15 illiyinə həsr edilən konfransa dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri qatılıblar.

İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

İctimai Birliyin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək, təşkilatın fəaliyyəti haqda məlumat verib.

Tədbirdə “İrəli”nin 2014-2018-ci illərdəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Çıxışlardan sonra səsvermə olub və Mirhəsən Seyidov yenidən “İrəli” İctimai Birliyinin sədri seçilib. Səsvermə nəticəsində qurumun idarə heyətinin tərkibi də formalaşdırılıb.

Konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunublar.(teleqraf)