Paşinyan Medvedyevlə görüşdü

25/01/2019 - 20:32 21 319 0   1  

Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşüb.

Suveren.az Rusiya hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş erməni tərəfinin xahişi ilə baş tutub.

Məlumata görə, tərəflər Rusiya-Ermənistan ticari-iqtisadi əməkdaşlığının aktual məsələlərini və qarşılıqlı təsirin digər aspektlərini müzakirə edib.