“İnanıram ki, OPEC əlavə olaraq neft hasilatını məhdudlaşdırmayacaq” - Tramp

05/12/2018 - 22:32 14 278 0   0  

ABŞ prezidenti Donald Tramp OPEC ölkələrinin neft tədarükünü indiki səviyyədə saxlayacağına ümidvar olduğunu bəyan edib.

Suveren.az bildirir ki, bu barədə o özünün “Twitter” səhifəsində yazıb.

“Dünya neftin yüksək qiymətlərini istəmir, ona bu lazım da deyil. İnanıram ki, OPEC əlavə olaraq neft hasilatını məhdudlaşdırmayacaq”, - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, hazırda Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası keçirilir.

İclasda neft bazarındakı son durum, OPEC+ ölkələri tərəfindən neft hasilatının həcmi kimi məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanadadır və dekabrın 7-də OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşünə qatılacaq.