Paşinyan Azərbaycanı hədələyən naziri müdafiə etdi: Başqa cür danışsaydı, qovardım

02/04/2019 - 13:11 12 187 0   1  

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Tonoyanın bəyanatı ətrafında yaranan ajiotaj mənasızdır. Əgər Tonoyan başqa şey desəydi, mən onu vəzifəsindən azad edərdim. O deyib ki, əgər müharibə başlayarsa, biz qələbə qazanmağa cəhd edəcəyik. Tonoyanın bəyanatı həll prosesinə heç bir halda kölgə salmır”, – deyə o bildirib.

O, Tonoyanın onun nəzarəti altında hərəkət etdiyini deyib.

Qeyd edək ki, D.Tonoyan Nyu York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” demişdi.