"Şaxta baba, atamdan sonra anamı da itirdim…" - 11 yaşlı uşaq hər kəsi ağlatdı

08/12/2018 - 19:38 5 197 0   0  

11 yaşlı Tufanın Şaxta Babaya məktubu sosial şəbəkələrdə maraqla qarşılanıb.

Suveren.az xəbər verir ki, Masallı rayonunun Bədalan kənd sakini şaxta babaya yazdığı məktubda atasından sonra anasını da itirdiyini və bu səbəbdən çox kədərli olduğunu bildirib.

Davamında yazır:

"Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən".

Tufanın məktubu sosial şəbəkədə böyük maraqla qarşılanıb və hər kəsi kövrəldib.