Ərdoğanla Tramp arasında telefon danışığı olub

14/01/2019 - 23:35 9 142 0   0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışıb.

Suveren.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Trampa Suriyadan çəkilmə qərarına görə məmnunluğunu bildirib. Türkiyənin ABŞ-a hər cür dəstək göstərməyə hazır olduğu ifadə edilib.